CƏMİYYƏT

“Xalq eşqi, Vətən məhəbbəti insanın həyat nəfəsidir” layihəsi uğurla davam edir

“Müasir İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Xalq eşqi, Vətən məhəbbəti insanın həyat nəfəsidir” adlı layihəni uğurla icra etməkdədir. 20 iyunda başlayan layihə çərçivəsində mütəxəssislərin iştirakı ilə Yeni Kanal internet televiziyasında altı videomüsahibə təşkil edilib. Bu müsahibələri minlərlə insan izləyib. Videomüsahibələrdə vətənpərvərlik, Azərbaycançılıq, milli-mənəvi dəyərlər, Qarabağ probleminin tarixi, mahiyyəti, bugünü, Azərbaycan dövlətinin adıçəkilən mövzularda yürütdüyü siyasət təbliğ edilib. Xalq artisti Nurəddin Mehdixanlının, AVP sədrinin müavini Arzuman Abdulkərimovun, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əfqan Vəliyevin, araşdırmaçı jurnalist Anar Turanın, tarixçi alim Taleh Cəfərovun, “Yaşıl Dünya” təşkilatının sədri Elman Cəfərlinin iştirakı ilə hazırlanan videomüsahibələr “Gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi”, “Azərbaycançılıq ideologiyasının formalaşması və mahiyyəti”, “Tarixinə sahib çıx”, “Azərbaycançılıq dövlətçilik ideologiyasıdır”, “Vətən çağırır” başlığı altında gerçəkləşdirilib. On minlərlə izləyicisi olan “möcüzəli faktlar” instaqram səhifəsində və “Turan TV” facebook səhifəsində 10-a qədər vətənpərvərlik mövzusunda video və şəkillər paylaşılıb. Bugünə qədər aparılan təbliğat nəticəsində on minlərlə insan layihə haqqında, onun mövzusunda, vətənpərvərliyin mahiyyəti, Azərbaycançılıq barəsində və s. maarifləndirilib. Layihə 20 avqustda başa çatacaq.

Müsahibələrin linklərini təqdim edirik:

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı