BAXIŞ BUCAĞI 2020.03.13 15:44

Xalqımın başına dönüm

106

Bu xalqın yengə kimi , cin çıxartma kimi , baş qırxmaq kimi qəraib adətləri var. Sizlər də az – çox bu adətlərdən tanışsınız. Bu adət və ənənələrmizin sırasına birini də mən daxil edim.Dəqiq yadımda deyil , hansısa fəlsəfə kitabında oxumuşdum ki , eramızdan əvvəl Yunan alimi Fales sübut etmişdir ki , Ay özü işığa malik deyil . Onu işıqlandıran günəş şəfəqləridir. İndi gəlin o hadisədən nə az ,​ nə çox düz üç​ min il sonra ölkəmizdə baş vermiş bir hadisə ilə tanış olağın.

Hardasa 1999 – cu ilin payızı olardı . Mənimdə altı​ yaşım vardı . Gecə hay düşdükü , bəs ayı tutublar . Hamı nəsə danqıldadır . Boşqab çırpan kim , iti zir – zir zingildədən kim , hərə bir şey çırpıb səs – küy salır.​ ​ ​ ​ -​ Qardaş , ayı kim tutub ?
-​ Həcəmət , əzrayıl , ifritələr.

Həmin zaman atamın əmisigildə bir cavan oğlan iş üçün qalırdı . O da var gücü ilə , zil markalı avtomobilin kuzasını çırpırdı . Rəhmətlik nənəm köks ötürüb deyərdi :

– Onların barı adamı var, bizim o da yoxdu .
Yazıq Tusinin ruhu partlamasın , neynəsin axı ?
Ayı görüb salavat çəkən xalq , belə də olmalıdır . Orta məktəbdə astranomiya keçrilməyən ölkədə , qazan danqıldadacaq nəsilər hələ yetişəcək ay əzizlərim.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı