ƏSAS SƏHİFƏ

Xanımlar üçün İT kurslara start veriləcək

850

Yüksək Texnologiyalar Parkında “WoWoman” təşkilatının “Tech-tech Xanim” layihəsi çərçivəsində xanımlar üçün İnformasiya texnologiyaları üzrə giriş xarakterli dərs təşkil edilib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu tədbirin məqsədi, kompüter texnologiyalarının xanımlar üçün olmadığı düşüncəsinin yanlış olduğunu sübut etmək və bu kimi stereotipləri qırmaqda kömək göstərməkdir.

“Tech-Tech Xanim” layihəsinin komandası aparıcı İT mütəxəssislərinin dəstəyi ilə təlimlərin təşkil olunması və “Microsoft Azərbaycan”ın dəstəyi ilə baş tutan imtahanlara girişin təmin olunması vasitəsi ilə xanımların İT sahəsində imkanlarının genişlənməsi uğrunda çalışır.

Bütün kursu uğurla başa vurmuş hər bir iştirakçı sertifikatla təltif olunacaq və əldə etdiyi bacarıqları peşəkar səviyyədə tətbiq etmək imkanı əldə edəcəkdir.

Kursda iştirak üçün seçim mərhələsini uğurla keçmiş 50 nəfər iştirakçı müəyyən edilib. Bununla belə, seçim mərhələsi  30 sentyabr 2015-ci il tarixinə kimi uzadılıb. Kurslara oktyabr ayında start veriləcək və ən qısa zamanda təlimçilərin cədvəli müəyyənləşdirilərək “WoWoman”-ın saytında və “WoWoman Tech-Tech Xanim” layihəsinin rəsmi “Facebook” səhifəsində yerləşdiriləcəkdir. Kursa yazılmaq istəyənlər bu linkə daxil olaraq onlayn müraciət formasını doldurmalıdırlar:

Təlimlər müvafiq sahədə ən yaxşı İT mütəxəssisləri tərəfindən aparılacaq:

  1. Server administrasiyası – Fərhad Kərimov, “SOFAR”-ın aparıcı İT mütəxəssisi, MCP (Microsoft Certified Professional)
  2. Şəbəkə əsasları – Səfər Səfərov, “Mars Tech Limited”-in texniki direktoru

  3. Proqram təminatının hazırlanması – Ramin Orucov, “Azercell”in İnformasiya sistemləri şöbəsinin rəhbəri

  4. Verilənlər Bazasının Administrasiyası – Anar Qocayev, “YapıkrediBank”-ın aparıcı İT mütəxəssisi.

İT bacarıqları işə düzələrkən prioritet hesab olunan tələblərdəndir, texnologiyadan istifadə isə karyera yüksəlişinin mühüm şərtlərindəndir.

İT sahəsi sərbəst iş qrafiki və yaradıcı yanaşma sayəsində Azərbaycanda qadınların daha çox məşğulluğuna səbəb ola bilər, qadınlara bu işdə kömək etmək isə – “Tech-Tech Xanim”ın əsas missiyasıdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı