CƏMİYYƏT 2020.11.01 22:30

Xaricdəki ermənilər Qarabağa döyüşməyə gəlir

43

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, xarici ölkələrdəki erməni diasporunun üzvləri Dağlıq Qarabağdakı müharibdə iştirak etmək üçün geri qayıdır.

Azvision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ və Argentinadan yüzlərlə şəxs artıq hərbi hazırlıq keçmək üçün Ermənistana dönüb.

Məlumata görə, 140 min erməninin yaşadığı Livandan gələnlər də az deyil. Təlim düşəgrələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib.

Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan deyib ki, 20-yə yaxın erməni Ermənistana gedib və onların döyüşüb-döyüşmədiyi hələ bilinmir.

Qeyd edək ki, ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyanan məhv edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı