Xırdalanda “Etnomədəni turizmin inkişafına dəstək” layihəsi müzakirə olunub

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xırdalan şəhər Mədəniyyət Mərkəzində “Etnoturizmin inkişafı, etnoturizm klasterlərinin yaradılması üzrə maarifləndirmə fəaliyyətinin təşkili” adlı layihənin müzakirəsi keçirilib. Müzakirələrdə mədəniyyət işçiləri, Ağsaqqallar Şurasının, şəhər ictimaiyyətinin nümayəndələrı iştirak ediblər.

Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla iş üzrə təşkilatçı Vüqar Bəşirli Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən layihənin məqsədi haqqında məlumat verib.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayonu üzrə baş məsləhətçisi İlham Manafov qədim tarixə malik rayonda çoxlu sayda zəngin mədəni və tarixi abidələrin olduğunu bildirib, həmçinin palçıq vulkanların və “Yanar dağ”ın turistlərin cəlb edilməsində önəmini diqqətə çatdırıb. O, rayonda etnomədəni turizm yerlərinin tanınması yolunda bu kimi layihələrin rayon rəhbərliyi tərəfindən dəstəkləndiyini və maraqla qarşılandığınıı qeyd edib.

Sonra layihənin icraçıları çıxış edərək əsas vəzifələr barədə danışıblar. Qeyd edilib ki, yerli turizm müəssisələrinin nümayəndələrinin, bələdiyyə və icra qurumlarının, sahibkarların iştirakı ilə etnoturizmlə bağlı maarifləndici seminarların təşkili, etnoturizm klasterlərinin yaradılması təcrübələrini əks etdirən təqdimatların keçirilməsi və yerli etnoturizm potensialının reallaşdırılması, regionlarda etnoturizmlə məşğul olacaq kontingentin formalaşdırılması və s. layihənin vacib vəzifələridir.

Etnoturizmin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq və etnoturizmi daha rəqabətədavamlı etmək, onun cəlbediciliyini artırmaq məsələləri müzakirənin əsasını təşkil edib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Azertac

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here