CƏMİYYƏT 2020.10.15 13:52

Xorvatiyanın keçmiş dövlət başçısı Prezident İlham Əliyevə məktub göndərib

24

2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti olmuş Stepan Mesiçdən Azərbaycan Prezidenti İlham Əliyevə məktub gəlib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident, yeni döyüşlər və açıq silahlı hücum haqqında xəbəri böyük narahatlıqla oxudum. Dinc əhali arasında həlak olanlar, yaşayış evləri, xəstəxanalar və məktəblər də daxil olmaqla, bir çox ictimai binaların dağılması haqqında xəbərlər məni dərindən kədərləndirdi. Mən dinc əhaliyə qarşı güc tətbiqini şiddətlə qınayıram.

Bütün bunlarla əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı