ƏSAS SƏHİFƏ

Xoşbəxtliyin formulu

642

Avstraliyalı alimlər xoşbəxtliyin sirrini tapıblar. “The Times of India”nın yazdığına görə, alimlər xoşbəxt olmaq üçün insana 3 əsas faktorun vacib olduğunu iddia edirlər. Psixoloq Robert Kamins hesab edir ki, əgər bu qızıl üçbucaq olsa, nə yaşayış yeri, nə milliyət, nə uşaqların olub-olmaması insan xoşbəxtliyinə mane ola bilməz.

Bu faktorlardan biri puldur. İkinci amil sevimli insanın varlığıdır. Sevimli insan yanındakına güvən və rahatlıq hissi verir. “Sizə dərdlərinizi bölüşə biləcəyiniz, söhbət edə biləcəyiniz bir insan lazımdır. Öz problemlərini heç kimlə bölüşə bilməyənlər çətinliklərlə başa çıxa bilmirlər”.

Növbəti şərt sosial fəallıq və sağlamlıqdır. Əgər insanın ciddi sağlamlıq problemi yoxdursa, hətta artıq çəki belə onun xoşbəxt olmasına mane ola bilməz.

Xatırladaq ki, ABŞ-ın Kolumbiya Universiteti bir müddət öncə dünyanən ən xoşbəxt ölkələrini müəyyən edib. Nəticədə bəlli olub ki, ən xoşbəxt insanlar şimali Avropada yaşayırlar. Birinci yeri Danimarka, sonrakı pillələri isə Norveç, Finlandiya, Niderland, İsveçrə tutub.

Ən pis vəziyyət isə Afrika ölkələrindədir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı