CƏMİYYƏT 2020.06.30 18:15

Azərbaycanda xüsusi karantin rejimi daha iki həftə uzadılır – Prezidentin köməkçisi Açıqladı

25

“İyulun 5-dən sonra xüsusi karantin günlərinin daha iki həftə uzadılması barədə fikirlər var”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün ölkədə pandemiya ilə bağlı vəziyyət ölkə başçısının və Birinci vitse-prezidentin nəzarətindədir:

“Fikir var ki, sərt karantin rejimi 5 iyul tarixindən sonra da iki həftə müddətinə uzadılsın. Bu barədə qəbul ediləcək qərarlar irəlidəki günlərdə ictimaiyyətə elan ediləcək”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı