Yadplanetlilər

Uzun illər diktatorların yadplanetlilərlə əlaqəsi
barədə qalaq-qalaq kitablar yazılıb, filmlər çəkilib,
iddialar və hipotezlər ortaya atılıb. Bu faktların nə
dərəcədə doğru və ya yanlış olduğunu söyləmək
çətindir. Tarixi araşdırmalar hər il yeni hipotezlər
ortaya çıxarır. XX-XXI əsrlərdə ortaya çıxan
sənədlərə əsasən, İtaliyada müharibədən öncə
yadplanetlilərlə əlaqə saxlayanlar olub. Eyni
zamanda bu sənədlərdə Hitler Almaniyasının
diskplanlar (disk şəkilli uçan obyektlər) istehsalı ilə
bağlı etdiyi cəhdlər yer alıb. Uçan boşqabların tarixi
İkinci Dünya Müharibəsindən öncə başlayıb.siaphoto_379424
Sinyor İksın bağlaması
1996-cı ildə naməlum bir şəxs (onun adı bu günə
qədər də açıqlanmayıb) İtaliyanın elmi mətbuat
orqanlarına sənədlər toplusu göndərməyə başladı.
O, bu sənədlərin gah surətini, gah da orijinallarını
göndərirdi. Naməlum şəxsin göndərdiyi sənədlərdə
İkinci Dünya Müharibəsindən öncə İtaliya
ərazisində UFO-ların peyda olması və tədqiqatları
əksini tapmışdı.
Redaksiya heyəti əvvəlcə Sinyor X-in
bağlamalarına ciddi yanaşmır və sənədləri zibil
qabına atır. Amma günlərin bir günü Milli Ufologiya
Mərkəzinin sədri, “UFO Xronikası” jurnalının
rəhbəri, doktor Roberto Pinotti onun göndərdiyi bir
bağlamanı alır. Roberto ona göndərilən sənədləri
Komo şəhəri sakini, kimya üzrə alim professor
Antonio Qaravaqlaya ünvanlayır.
Qaravaqla dəqiq analizdən sonra sənədlərin saxta
olmadığını, 1936-cı ilə aid olduğunu bildirir.
Kağızlardan biri zərfdə idi və üzərinə “Şəxsən
Çianoya çatdırılsın” yazılmışdı. Qraf Qaleasso
Çiano Mussolini hökümətində xarici işlər naziri idi
və onun ən etibarlı adamı sayılırdı. O, eyni
zamanda, Mussolinin qızı Eddanın əri idi. Amma
bütün bunlar Çianoya Mussolini əleyhinə hazırlanan
sui-qəsddə iştirak etməyə mane olmadı. Mussolini
isə 1943-cü ildə kürəkənin ölüm fərmanını gözünü
qırpmadan imzaladı.images (6)
Araşdırmaların başlanması, ilk təsdiqlər
Çianoya göndərilən sənəd gizli dövlət orqanı olan
“RS/33 kabineti”nin ilk iclası haqqında məlumat idi.
Hesabata görə, yeni qurumun fəaliyyət məqsədi
İtaliya səmasında müəmmalı hadisələr və
naməlum uçan obyektlərin peyda olması barədə
çıxan xəbər və şayiələrin araşdırılması idi.
Bağlamada olan bir məktubun mətninə əsasən,
1936-cı il avqustun 17-də Venesiya və Mestre
şəhərlərinin hava məkanında siqarabənzər uçan
obyekt müşahidə edilib. Məktubda eyni zamanda
onların rəsmi də olub. Rəsmdə torpedaya
bənzəyən uçan obyekt, yanında şarabənzər iki UFO
və onları təqib edən qırıcı təyyarə əks olunmuşdu.
Məktubda eyni zamanda baş vermiş hadisənin
canlı şahidlərindən 3 nəfərin ev ünvanı da qeyd
edilmişdi. Milli Ufologiya Mərkəzinin üzvləri adı
qeyd edilmiş şahidləri axtarmaq qərarına gəldilər.
Şahidlərin adı saxta deyildi. Amma onlar artıq
dünyalarını dəyişmişdilər. Çünki aradan uzun illər
keçmişdi. Amma bununla belə, mərkəz üzvləri baş
vermiş hadisənin canlı şahidini tapa bildilər. Bu,
artıq kifayət qədər yaşlanmış venesiyalı Faustino
idi. 1936-cı ildə o, uşaq idi və səmada uçan
siqarabənzər obyekti və onu müşayət edən iki
şəffaf şarı o da görmüşdü. Mərkəzin gəldiyi
qənaətə görə, sənədlərdə göstərilən faktlar öz
təsdiqini tapmağa başlayırdı.
Sübutlar artır
Sinyor X növbəti bağlamanı məhşur ufoloq Corcio
Boncovanninin nəşr etdiyi “UFO, yadplanetlilərin
səfəri” jurnalının redaksiyasına göndərir. Bu
bağlamada üç ədəd rəngli fotokopiya var idi.
Sənədlər aşağıdakılardan ibarət idi:
1.ANC adlı teleqraf agentliyinin Milan ofisisinin
vurduğu 3 teleqram. Bu teleqramlarda Mussolinin
əmri yer alıb. Əmrə görə, 1933-cü il iyunun13-də
ölkə ərazisinə enən UFO-nun axtarışları və
xilasetmə işləri həyata keçirilməli idi.
Teleqramlarda uçan obyektin eniş məkanı
bildirilmirdi.yad
2. UFO aşkarlandıqdan və onun xüsusi yerə
çatdırılmasından sonra təşkil edilən tədbir barədə
rəsmi dövlət məktubu. Bu tədbirlərə qəzet
nəşrlərində ciddi senzura, siyasi polis qüvvələrinin
UFO ilə bağlı hadisənin digər şahidlərinin həbsi ilə
bağlı məlumatlar və Milan rəsədxanasının baş
verən hadisənin meteozond, meteorit və digər fəza
hadisələri kimi rəsmi açıqlanması daxil idi.
3. “Kabinet RS/33” qurumunun dövlət təşkilatı,
Romada yerləşən La Sapiensa universitetinin
tərkibində yaranmış gizli elmi komissiya olduğunu
təsdiq edən protokol məktub və rəsmi məlumatlar.
Görünür, bu qurum iyunun 13-də uçan naməlum
obyektin İtaliya ərazisinə enməsindən sonra
yaradılıb. Komissiyanın sədri fizika alimi Qulyelmo
Markoni idi.
Komissiya barədə məlumat barədə danışmazdan
əvvəl Markoninin kimliyi və o dövrdə Avropada
yadplanetlilərə olan maraq məsələsinə toxunmaq
lazımdır.
Mars qızdırması
XX əsrin 20-30-cu illərində Avropada əsl Mars
bumu yaşanırdı. Albert Eynşteyn başda olmaqla
bütün cavan alimlər Marsda yaşayış olduğu barədə
danışırdılar. Bütün dünyada dahi kimi qəbul edilmiş
Tesla, icad etdiyi qurğu vasitəsilə Qırmızı
Planetdən gələn radiosiqnalları tutduğunu, amma
hələ də şifrələri çözə bilmədiyini bəyan edir. Əsas
qəhrəmanlarının Mars sakinləri olduğu kitablar nəşr
edilir, filmlər çəkilirdi. Deməli, Marsda yaşayış
olduğu barədə məlumat bütün Avropada yayılmışdı.
Markoni də bu fikirlərdən uzaqda deyildi. O, bir
neçə dəfə Mars planetində yüksək sivilizasiyanın
olduğu barədə nəzəriyyəni dəstəkləyir, səmadan
gələn radiosiqnalları qəbul edə bilən qurğu
üzərində işləyir. Markoni yadplanetlilər barədə
söhbətləri cəfəngiyyat saymır və bu sahə üzərində
çalışırdı.
Məhşur ixtiraçı Markoni siyasətdən də kənar
qalmır. Birinci dünya müharibəsi başlayanda
leytenant Markoni vətənə xidmət edir və İtaliya
hərbi qüvvələrinin radiofikasiya üzrə proqramına
rəhbərlik edir. Müharibə başa çatanda o, İtaliya
hərbi-dəniz qüvvələrinin komandanı idi və
faşistlərə rəğbət bəsləyirdi. Mussolinin hakimiyyətə
gəlməsini dəstəkləyirdi. O, 1923-cü ildə faşist
partiyasına üzv oldu. 1930-cu ildə isə Kral
akademiyasının prezidenti və Böyük Şuranın üzvü
seçildi. Böyük Şura faşist İtaliyasını idarə edən
orqan idi.
Komissiya üzvləri
Bu komissiyanın tərkibnə İtaliya Kral
akademiyasının bir neçə üzvü ilə yanaşı turinli
astronom dokto Cino Sesçino, professor Rucerio
Kostanti Kavassani və İtaila elm aləminin başqa
nümayəndələri daxil edilmişdi. Kabinetin fəaliyyəti
barədə İtaliyanın 3 yüksəkçinli məmuruna məruzə
edilirdi. Bunlar Benito Mussolini, Qaleasso Çiano və
Hərbi Hava Qüvvələrinin komandanı, general İtalo
Balbo idi. Sənədlərdən bu qurumun 7 il fəaliyyət
göstərdiyi məlum olur. Gizli fəaliyyət göstərən
qurumun 34 səhifəlik hesabatı qalır. Bu hesabatda
1930-1940-cı illər arasında İtaliyanın müxtəlif
regionlarında görülən UFO-lar, İtaliya Kral Hərbi
Hava Qüvvələrində xidmət edən pilotların səmada
qarşılaşdığı naməlum obyektlər haqqında raportları,
fotolar və kinofilmlər yer alıb. Kabinet üzvləri
tədqiq olunan fenomenin yerdənkənar – yəni digər
planetlərə aid olduğu hipotezini irəli sürdülər.
Alimlərin fikrincə, onlar qərb dövlətlərindən birində
ixtira edilmiş çox sirli yeni bir silahın nümunəsi ilə
qarşılaşıblar. Onlar tədqiqatları üçün “velivolvi
sconoscuti” (naməlum uçan aparat) terminindən
istifadə etməyə başladılar. Bağlamada qəzetdən
kəsilmiş bir məqalə xüsusi maraq oyadır. Bu
məqalədə və bir neçə sənəddə İtaliyada yaşayan
hansısa fransalı pilotdan bəhs edilir. Bu pilot UFO-
nu görüb və onu lentə çəkməyi bacarıb. Sonra
fransalı pilot bu barədə insanlara danışır və filmi
göstərirdi. Amma pilot doğma vətəninə qayıda
bilmir – tezliklə yoxa çıxır və onu tapmaq qeyri-
mümkün olur.
Dövlət tədbirləri
İtaliya ərazisində UFO qəzası və ya enişi 1933-cü
il iyunun 13-də baş verib. Bu, elə həmin ayda
İtaliyanın şimali-qərbində yerləşən Lombardiya
əyalətində baş verən bəzi qəribə hadisələrlə əlaqəli
idi.
Qəflətən, qısa müddətə Milanda, Lombardiya
əyalətində bir çox dövlət və partiya rəhbərləri
istefaya göndərilərək, onların yerlərinə yeni işçilər
təyin edildi. Bu siyahıya qubernator, polis rəisi, baş
nazirin müavini (bu şəxs Mussolinin xəfiyyəsi idi )
də daxil idi. Eyni anda bu ərazilərə yüzlərlə “qara
köynəklilər” gəldi. Onlar Mussolinin qeyri-rəsmi
qvardiyasının üzvləri idi. Qeyd etmək lazımdır ki,
İtaliya kralı da Milana öncədən planlaşdırılmamış
səfər edirdi.
Qəzetlərdə eyni anda, elə bil hansısa gizli əmrdən
sonra müxtəlif səpkili məqalələr dərc edilməyə
başladı. Bu məqalələrdə digər planetlərdə həyatın
olduğu müzakirə edilir, marslılarla telepatik əlaqə
qurulduğu qeyd edilirdi. Çox güman ki, bu da
dövlət sifarişi idi. Məqsəd, UFO barədə cəmiyyətə
məlumat sızsa, insanları əvvəlcədən rəsmi
açıqlamaya şüuraltı hazırlamaq idi. Amma heç bir
sızma olmadı və rəsmi dövlət bəyanatı
səslənmədi.
UFO barədə yeni məlumatlar
İtaliyalıların tapıb ələ keçirdiyi uçan obyekti, çox
güman ki, Varese və ya Veriqate yaxınlığında
yerləşən aviabazaların birində gizli anqara
aparıblar. Bu ərazilərin qeydsiz-şərtsiz sahibi
general İtalo Balbo idi.
Maraqlıdır ki, Varese şəhərində nəşr edilən
“Cronaca Prealpina” qəzetinin 1933-cü il 20 iyun
tarixli sayında İtaliya mətbuat tarixində ilk dəfə
olaraq marslıların Yer sakinləri ilə əlaqəsindən
bəhs edən məqalə dərc edir. Məqalə hardasa az
qala rəsmi məlumat xüsusiyyəti daşıyırdı.
Eyni zamanda müharibənin son günlərində İtaliya
faşistlərinin ilk növbədə Veriqat anqarlarını məhv
etmək barədə qərar qəbul etmələri haqqında
faktlar da məlumdur.
Sinyor X tərəfindən göndərilən çoxsaylı sənədlərlə
tanış olmaq şansı əldə edən İtaliyanın məhşur
“Sirlər jurnalı” dərgisinin əməkdaşı, jurnalist və
ufoloq Alfredo Lissoni 70 illik hadisəyə yenidən
toxundu və yeni araşdırmaya start verdi. Onun
çalışdığı dərgi paranormal hadisələrə həsr
olunurdu. Milan əyalətinin arxivindən Alfredo
1933-1938-ci illər arasında alınmış iki bağlama
teleqram əldə edir.
Onlarla teleqramda İtaliya səmasında işıqsaçan
obyektlərin, naməlum uçan obyektlərin peyda
olması barədə məlumatlar var. 9 teleqramda isə
söhbət konkret olaraq UFO-lar barədədir.
“Domenika del Korrere” qəzetinin 1937-ci il 4 iyul
tarixli saylnda isə Lissoni maraqlı məlumata rast
gəlir. Bu məqaləyə əsasən, bir neçə gün əvvəl
(1937-ci il iyulun 4-dən əvvəl) qərbi Milanın təmiz
səmasında qəflətən böyük və gözqamaşdıran
parlaq ildırım çaxır. Bu ildırım nəticəsində Macenta
və Novara şəhərləri arasındakı yolda 5 nəfər piyada
zədələnir. Çox güman ki, bu başqa bir UFO-nun ya
qəzası, ya da enişi barədə məlumatdır.
Sinyor X-in göndərdiyi sənədlərdən çıxan nəticəyə
görə, 1936-cı ildə Berlin və Roma arasında
imzalanan pakta əsasən, “Kabinet” tərəfindən UFO
haqqında toplanan və araşdırılan bütün məlumatlar
Üçüncü Reyxin rəhbərliyinə təqdim edilir. Bu
məlumatın həqiqət olduğunu sübut edən faktlardan
biri də 1936-cı ildən sonra baş verən hadisələrdir.
Bu tarixdən sonra nasist Almaniyasında
diskplanların icadına təşəbbüs göstərildi.ufo
Yuxarıda sadalanan faktları təsdiqləyən başqa bir
məlumat isə Mussolininin 1941-ci il fevralın 23-də
faşist döyüşçüləri federasiyasının qurultayında
etdiyi çıxışla əlaqədardır. Bu qurultayda Mussolini :
“Yəqin ki, faşist ordusu Birləşmiş Ştatlara hücum
etməyəcək. Hələlik, çox az insana məlum olan
Mars planetinin döyüşkən əsgərləri Yer planetinə
səfər edəcəklər. Bu səfər zamanı onlar böyük uçan
aparatları ilə gələcəklər. ABŞ-a da onlar
soxulacaqlar”.
Bu günə qədər də bu fraza zarafat kimi qəbul
edilirdi. Amma bəlkə də, Mussolini zarafat
etməmişdi.
Qopmuş zəncir halqası
Sinyor X üçüncü bağlamanı göndərə bilmədi. Çünki
o, yoxa çıxdı və bir də ondan heç bir məlumat
eşidilmədi. Çox güman ki, onun göndərdiyi
sənədlər kiminsə qəzəbinə səbəb oldu. Ya da özü
artıq bu məsələni işıqlandırmamaq qərarına gəldi.
Bəlkə də, onu aradan götürdülər? Bu barədə heç
bir məlumat yoxdur. Yəqin ki, üçüncü bağlama da
göndərilsəydi, Mussolini və İtaliya faşist dövlətinin
yadplanetliləri ilə əlaqəsi açıq-aydın faktlarla sübut
ediləcəkdi. Amma üçüncü bağlama yoxdur. Üçüncü
bağlamada hansı sənədlərin ola biləcəyi barədə
heç bir işıq ucu da yoxdur. Yəqin ki, alimlər hələ
uzun müddət bu məsələ üzərində baş
sındıracaqlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here