Yadplanetlilərin mövcudluğu

Vanderbilt Universitetinin astronomiya professoru
Devid Uentraub yeni kitabında müxtəlif dinlərin
yadplanetlilərə inancını araşdırıb.
“Dinlər və paralel həyat” adlı kitabda dinlərin
yadplanetlilərə münasibəti müqayisə olunub. 2000-
ci ilə qədər astronomlar ulduzlarda birlikdə 50
planet aşkar edib. Bu gün bu say mini keçib. 2045-
ci ilə qədər bu sayın 1 milyona çatacağı ehtimal
edilir.
Dinlər yadplanetlilər üçün nə deyir? Bəs bu qədər
planetin arasında həyat yalnız Dünyada var? Aşkar
edilən planetlərdən birində həyat izləri də tapılıb.
Buna görə də yadplanetlilərin ola biləcəyi fikri heç
də qərib görünmür.
Bəs fərqli dinlərə mənsub insanlar yadplanetlilərin
varlığı ilə bağlı nə düşünür?
Uentraubun araşdırmasına görə, ateistlərin 55 faizi
yadplanetlilərin mövcudluğuna inanır.
müsəlmanların 44 faizi, yəhudilərin 37 faizi,
Hinduların isə 36 faizi dünyadan kənar həyatın ola
biləcəyini düşünür.
Yadplanetlilərin müvcudluğuna ən az inananlar isə
xristianlardır. Onların 32 faizi yad planetlilərin ola
biləcəyini düşünür.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here