DÜNYA 2020.05.03 17:55

Yaponiyanın cənubunda güclü zəlzələ olub

55

Sakit Okeanda Yaponiyanın Kyuşu sahillərində 6,0 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunmayıb.

Bu barədə ölkənin meteoroloji idarəsi bildirib.

Zəlzələnin ocağı okean qatının təxminən 10 km dərinliyində yerləşib. Yeraltı təkanları Kaqoşima, Miyazaki və Kumamoto prefekturalarının sakinləri hiss ediblər.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı