ƏSAS SƏHİFƏ

Yaponların su terapiyası – Min bir dərdin dərmanı

413

Su içməyin insana o qədər faydası var ki, oxuduqca çox təəccüblənəcəksiniz. Bilirsinizmi ki, yaponlar yuxudan oyanar-oyanmaz ilk işləri su içməkdir. Onlarda bu adət çox qədim zamanlara qədər gedib çıxır. Onlar suyun bir çox xəstəliyi yox etdiyinə inanırlar. Aparılan araşdırmalar hər keçən gün suyun bir çox möcüzəvi xüsusiyyətlərini aşkar edir. Yaponlarda su müalicəsi adlı terapiya mövcuddur. Bu üsul qastrit, diabet, təzyiq, astma, qəbizlik, ishal, göz xəstəlikləri, hemoroid, bronxit, vərəm, ürək problemləri, epilepsiya, LOR, artirit, xərçəng, aybaşı nizamsızlıqları, böyrək və sidik yolları narahatlıqları kimi olduqca ciddi və məşhur xəstəliklərlə mübarizədə istifadə edilən təbii üsuldur.

Yapon su terapiyasının ilk özəlliyi boş mədəyə su içməkdir. Dişinizi fırçalamazdan əvvəl 640 ml (təxminən 4 stəkan) su içmək lazımdır. Dişinizi fırçalayıb ağzınızı təmizlədikdən sonra 45 dəqiqə ərzində heç nə  yeməyin. Hər zamankı kimi naharınızı edin. Nahardan sonra 2 saat ərzində heç nə yeməyin. Orijinal Yapon ənənələrinə görə su ilıq olmalıdır. Ümumiyyətlə, Şərqdə insanlar yemək zamanı əsla soyuq su içmirlər. Onun yerinə isti çay daha məsləhətlidir.

Səhər oyananda 4 stəkan su içməkdə çətinlik çəkirsinizsə, o zaman iki stəkanla başlayıb daha sonra çoxalda bilərsiniz. Böyrəklərimiz saatda 800 ml ilə 1000 ml suyu süzə bilir. Buna görə bir dəfəyə 4 stəkandan çox su içmək zamanla böyrəklərə zərər verə bilər.

Su terapiyasının insana heç bir mənfi təsiri yoxdur. Gündəlik sadalanan şəkildə deyilənlərə riayət etsəniz, sağlamlığınıza daha yaxşı kömək edər. Elmdə insan mədəsinin ayaqüstə və oturaq vəziyyətdəki mövqeyi fərqlidir. Ayaqüstə maye, qida qəbul edəndə birbaşa onikibarmaq bağırsağına keçir. Mayeni oturaraq qəbul etsəniz, bu, əvvəlcə mədədə yığılır, turşu ilə qarışaraq mikrobları öldürür və sonra onikibarmaq bağırsağına keçir. Bu üsulla insan bir çox xəstəliklərdən qorunmuş olur.

Mütəxəssislər su içməyin qaydalarını açıqlayıb. Su içmək üçün düzgün vaxtı seçmək lazımdır:

-Duşdan sonra su içmək olmaz. Bu zaman orqanlar daha tez sıradan çıxır.

-Acı yemək yeyəndən sonra su içmək olmaz. Bu zaman bağırsaqda narahatlıq yaranır.

-Yuxu zamanı su içmək beyinə mənfi təsir göstərir.

-Meyvədən sonra su içmək turşuluq yaradır.

-Qaçıb yorulduqdan sonra su içmək qaraciyər və dalaq böyüdür.

-Şirniyyat yedikdən sonra su içmək olmaz şəkəri yüksəldir.

Yeməkdən əvvəl və yemək zamanı da su içmək həmçinin zərərlidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı