ƏSAS SƏHİFƏ

YARAT Film Klub / “Çöl, klounlar, alma” / “Arzular dəryası”

481

YARAT Müasir İncəsənət Mərkəzi 6 oktyabr 2015-ci il tarixində Şota Qamisonianın “Çöl, klounlar, alma…” (2008), “Arzular dəryası” (2010) filmlərinin nümayişinə dəvət edir.

Filmlərin nümayişi YARAT Film Klubunun çərçivəsində təşkil edilərək və sual-cavab sessiyası ilə davam edəcək.

Şota Qamisonia (1980, Gürcüstan) Moskvada boya-başa çatıb, Teatr Kollecini bitirib. Bundan əlavə, Moskva Ssenarist və Kinorejissorlar Məktəbində oxuyub. “Taqankadakı” Teatrında aktyor kimi çalışıb. 2008-ci ildən Rusiya kinorejissorlar Gildiyasının üzvüdür. “Çöl, klounlar, alma…” («Поле, клоуны, яблоко», 2008) onun ilk qısametrajlı filmidir.

“Çöl, klounlar, alma…” (2008) 12:50 dəq.

Film balaca Georgidən bəhs edir. O, dəniz qırağında yaşayır və dənizçi olmaq arzusundadır. Müəllifi düşündürən – arzuların adamı haralara apardığı, bir də Georginin qarşısında açılan yollardır.

“Arzular dəryası” (2010) 28:00 dəq.

Ukraynanın sinxron üzgüçülər komandası xəyali bir Moskva çimərliyində məşq keçirir – iki dost mütləq həmin yerə gedib buna tamaşa etməlidir. Amma, bəlkə, kölgəlikdə qalsınlar, ya da dağlara üz tutub, yamacların birində süfrə qursunlar? Seçim variantları yaman çoxdur. Dostların yüngülcə kefli olmaları onları bu cür bir qədər cəfəng xəyalların içində saxlayır.
“Arzular dəryası” filmi rusca nümayiş etdiriləcək, ingiliscə altyazıları olacaq.

Yaş həddi: 0 + (məhdudiyyətsiz)

Vaxt: 6 oktyabr saat 19:00
YARAT Müasir İncəsənət Mərkəzində (Dövlət Bayrağı meydanı yaxınlığında)
Giriş sərbəstdir

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı