ƏSAS SƏHİFƏ

YARAT Kino Klubu / Şirin Neşat

836

YARAT Kino Klubu

YARAT Kino Klubunu açmaq ideyası YARAT təşkilatının kino peşələrini öyrənən tələbələrə və gənc nəsil kino peşəkarlarına böyük inamından irəli gəlir. Klubu yaratmaqda məqsəd – müasir incəsənət əsəri kimi çəkilmiş videolara və filmlərə baxıb onların qeyri-formal müzakirəsini aparmaq üçün münasib görüş yeri təşkil etməkdir.

Ümidvarıq ki, tələbə qrupları, gənc kinematoqrafçılar və sənətsevərlər burada toplaşaraq, onlara göstərilən əsərləri seyr edib öz aralarında təəssüratlarını bölüşəcək, eləcə də rəssam və rejissorların iştirakı ilə qeyri-formal müzakirə, fikir mübadiləsi aparacaqlar.

Filmlərə baxış yeni YARAT Mərkəzinin müxtəlif funksiyalarla istifadə olunan zalında keçiriləcək. Şou tədbirlərini təmin edən audio-vizual və səsləndirmə avadanlığı ilə təchiz olunmuş bu zalın tutumu 125 tamaşaçıdır.

11 Aprel saat 19:00 YARAT Film Klubunda nümayiş olunacaq Şirin Neşatın “Coşğun”, “Sevinc”, “Şövq” və “Xəyallar və aynalar” filmləridir.

Şirin Neşat Nyu-Yorkda yaşayan İran əsilli vizual-art sənətkarıdır. Ən çox kino, video və fotoqrafiya əsərlərinin müəllifi kimi tanınır.
2000-ci ildən başlayaraq Neşat kinofestivallara qatılır, o cümlədən Telluride Kinofestivalı (2000), Çikaqo Beynəlxalq Kinofestivalı (2001), San-Fransisko Beynəlxalq Kinofestivalı (2001), Lokarno Beynəlxalq Kinofestivalı (2002), Tribeca Kinofestivalı (2003), Sundance Kinofestivalı (2003) və Kann Kinofestivalı (2008) kimi festivalların iştirakçısı olmuşdur.
2010-cu ildə Huffington Post qəzetinin sənətşünası G.Rocer Denson tərəfindən “Onilliyin rəssamı” adına layiq görülmüşdü.
2010-cu ildə 63-cü Berlin Beynəlxalq Kinofestivalında münsiflər heyətinin üzvü olmuşdu.

Neşatın beynəlxalq miqyasda daha çox tanınması 1999-cu ildə “Coşqun” (Turbulent) və “Sevinc” (Rapture) adlı əsərlərinə görə 48-ci Venesiya Biennalesinin birinci yer mükafatı olan “Qızıl Şir”ə layiq görülməsi ilə bağlıdır. Çəkilişlərə az qala, 250 insan cəlb olan bu layihəyə prodüserlik Jérôme de Noirmont Qalereyası tərəfindən həyata keçirilmişdir. Layihənin premyera öncəsi dünya təqdimatı 1999-cu ilin may ayında Çikaqo İncəsənət İnstitutunda uğurla keçirilərək, tənqidçilərin də, ictimaiyyətin də marağına səbəb olmuşdu. “Sevinc”də Neşat ilk dəfə sırf foto üsulları ilə tamaşaçıya estetik, poetik və emosional şok yaşatmağa cəhd etmişdi.

“COŞQUN” (TURBULENT, 1998)
“Coşqun” – Neşatın 1998-ci ildə ərsəyə gətirdiyi iki-ekranlı video-instalyasiyadır. İki müğənni (Şoca Azari kişi rolunda, iranlı müğənni və bəstəkar Süsən Deyhim isə qadın rolunda), qədim İran musiqisi və poeziyası vasitəsilə ekranda gender məsələlərin mürəkkəbliyi və mədəniyyət qüvvəsini vurğulayan ifadəli musiqi metaforu yaradırlar.

“SEVİNC” (RAPTURE, 1999)
“Sevinc” didərginliyin köksüzlük, evsizlik psixologiyasını qabarıq ifadə edir. Neşat İrandan Amerikaya köçmüş bir şəxs kimi kritik məsafədə qərarlaşaraq, həm poetikanı, həm də örpəyin gücünü ifadə etməyə müvəffəq olmuşdu. Müsəlman qadınının gücünü və gözəlliyini tərənnüm edərək, o, eyni zamanda, cəzalanma qorxusundan da xəbərdar olduğunu bildirir.

“ŞÖVQ” (FERVOR, 2000)
2000-ci ildə çəkilmiş “Şövq” iki-kanallı ağ-qara video instalyasiyadır, Nyu-Yorkdakı Gladstone Qalereyasının icazəsi ilə nümayiş etdirilir. İslam inqilabından sonra İran mədəniyyətinin sevgiyə qarşı neqativ yanaşmasını göstərir. Ağ-qara material burada lap yerinə düşür: məsciddəki kişilərin dümağ köynəkləri və qadınların qapqara çarşabları onların arasındakı gözəçarpan kontrastı əks etdirir.

“XƏYALLAR VƏ AYNALAR” (ILLUSIONS & MIRRORS, 2013)
“Xəyallar və aynalar” (Illusions & Mirrors, 2013) gələcəyə boylanır – o gələcəyə ki, kölgəli, qədim otaqlarda o, artıq gizlənmişdir. Natali Portman bir adamı izləyir. Həmin adam öncə dəniz sahilində peyda olub, sonra tələsə-tələsə qum təpələrinin üstündən keçir, sürüşür, pilləkənlə qalxıb boş zallardan keçir. Onun dalınca düşən Portman başqa qəribə elementlərlə də üzləşir: divar boyu düzülmüş stullarda oturan adamlar, “başqasının” (əslində isə – özünün) saçını qısaldan yaşlı qadın. Hərəkətlər gərgin və ehtiyatlıdır, ekrandakı əhvalat sözsüz və dolaşıq cərəyan edir. Görüntülər əriyir, ikiləşir, bəziləri isə xatirə və ya gələcəkdən xəbər verən qarabasma kimi dalğalanan səhnə fonunda aydın və kəskin qalır. Axırda isə Portman qaranlıq otaqda durub pəncərədən çölə baxır, orada özünü görür – günəşin, küləyin qabağında, filmin əvvəlində gördüyümüz dəniz sahilində.

Giriş sərbəstdir.

 

YARAT CONTEMPORARY ART CENTRE


YARAT Film Club

Founded as part of YARAT‘s strong commitment to the younger generation of students and film-makers, YARAT Film Club (YFC) aims to become an informal meeting point for the viewing and discussion of contemporary art videos and films.

We hope that groups of students, emerging film-makers and art lovers will gather to watch and chat about the works that are on show and also discuss informally in the presence of the artists and directors.

All screenings will take place in the multi-functional room at the new YARAT Centre. The new space has a capacity of 125 people and is equipped with state-of-the-art AV and sound equipment.

The first videos to be screened at YFC on 11 April are Turbulent, Rapture, Fervor and Illusions & Mirrors by an artist and filmmaker Shirin Neshat.

About Shirin Neshat

Shirin Neshat is an Iranian visual artist who lives in New York City. She is known primarily for her work in film, video and photography.
Since 2000, Neshat has also participated in film festivals, including the Telluride Film Festival (2000), Chicago International Film Festival (2001), San Francisco International Film Festival (2001), Locarno International Film Festival (2002), Tribeca Film Festival (2003), Sundance Film Festival (2003), and Cannes Film Festival (2008).
In 2010, Neshat was named ‘Artist of the Decade’ by Huffington Post critic G. Roger Denson.
In 2013, she was a member of the jury at the 63rd Berlin International Film Festival.

Neshat’s name reached a more international stage in 1999 when she won the International Award of the XLVIII Venice Biennale with Turbulent and Rapture, a project involving almost 250 extras and produced by the Galerie Jérôme de Noirmont which met with critical and public success after its worldwide avant-première at the Art Institute of Chicago in May 1999. With Rapture, Neshat tried for the first time to create pure photography with the intent of creating an aesthetic, poetic, and emotional shock.

Turbulent (1998)
In Turbulent, Neshat’s 1998 two-screen video installation, two singers (Shoja Azari playing the role of the male and Iranian vocalist and composer Sussan Deyhim as the female) create a powerful musical metaphor for the complexity of gender roles and cultural power within the framework of ancient Persian music and poetry.

Rapture (1999)
Rapture exists as a poignant reflection on the rootless, unsettled psychology of exile. As an Iranian expatriate living in the United States, Neshat maintains a critical distance that has allowed her to locate both the poetics and the power of the veil. While she celebrates the strength and beauty of Islamic women, she remains keenly aware of the horrors of repression.

Fervor (2000)
Fervor is a two-channel black-and-white video/audio installation, courtesy of Gladstone Gallery, New York.
Fervor focuses on the negative view of love within the Iranian culture after the Islamic revolution. The black-and-white medium was an instant reflection of the clear-cut contrast of men and women in the mosque, with women in black veils and the men in white shirts.

Illusions & Mirrors (2013)
Illusions & Mirrors looks forward, perhaps with dread, to a future already lurking in shadowed, antique rooms – as Natalie Portman follows a man in black who appears on the shore, then hurries over the dunes to glide up stairs and through empty halls. She comes upon other, mysterious elements: a line of people on chairs along a wall, an older woman stroking the hair of “another” of herself. Movement is cautious and tense, the narrative wordless and insinuating. Views fade and double, alternating clear and sharp with other, wavering scenes, like memories or hallucinations, portents of what-will-be. Finally we see Portman from a darkened window as she observes herself outside in sun and wind, back on the shore at the beginning.

Free admission.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı