ƏSAS SƏHİFƏ

YARAT Müzakirələri: Natella Osmanlı

549

YARAT Mərkəzi öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni platforma təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.

Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edəcəyik.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və yazıçı və bloqer Natella Osmanlının iştirakı ilə 2 oktyabr 2015-ci il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.

Beləliklə, həftənin cümə günü sizi unudulmaz bir gecə gözləyir. Tədbir müasir incəsənət haqqında öz münasibətinizi əminliklə ifadə etməyi öyrənməyə kömək edəcək.

Natella Osmanlı – Yazıçı, bloqer, jurnalist, Nargis jurnalının kontribütoru, marketoloq, SMM üzrə müşavir.

Natella Osmanlının yaradıcılığı haqqında:
1-ci nəşri 2004-cü ildə “Qadın baxışı ilə” toplusunda “Tanqo ritmində” hekayəsi dərc olunub (“Эльф ИПР” nəşriyyatı). 2008-ci ildə “Lollipop” povesti rus dilində ən yaxşı nəsr Moskvada Sosial-iqtisadi və İntellektual Proqramlar Fondu tərəfindən dərc olunan kataloquna daxil edilmişdir.
2010-cu ildə birinci toplusu “Lollipop” trilogiyası dərc olunub. 2011-ci ildə yazıçının “Mən zibiləm” povesti Azərbaycan Milli Kitab Mükafatının qısa siyahısına salınmışdı. 2012-ci ildə Natella Osmanlının “Fudziama xokkey çubuğu ilə” povesti “Bakı və ətrafı 2” toplusunda nəşr edilib
2013-cü ildə yazıçının ikinci toplusu olan “Xar tut” kitabı nəşr edilib. 2015-ci ildə Nargis nəşriyyat evi tərəfindən özündə iki povest, üç hekayə və bloq yazılarından bir neçə parçalar birləşdirən “Mən zibiləm” toplusu dərc olunub

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı
Meydanının yaxınlığı

Giriş sərbəstdir

Əlavə məlumat: 050 256 57 12

12046823_897557430312393_4314595257832650477_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı