ƏSAS SƏHİFƏ

YARAT Müzakirələri: Şükufə Yusupova

453

Bu yay YARAT Müasir İncəsənət Mərkəzi, öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün danışıqlar platformasını yaratdı. Hər həftə keçiriləcək bu tədbirlər silsiləsində rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və ictimai xadimlər ilə görüşlər təşkil olunacaq.
Biz görkəmli xadimlərə müraciət edib onlardan müasir incəsənət və bizim kolleksiyadan olan seçilmiş işlər barədə öz fikirlərini bölüşməyi, eləcə də, tədbir iştirakçıları ilə dialoq aparmağı xahiş edəcəyik.

Sizi 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının xalq artisti Şükufə Yusupovanın iştirakı ilə təşkil olunacaq söhbətə qoşulmağa dəvət edirik.

Şükufə Yusupova – aktrisa, Azərbaycan Respublikasının xalq artisti (2005)
1971-ci ildə M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr və kino aktyoru” fakültəsinə daxil olmuşdur (SSRİ xalq artisti, professor Mehdi Məmmədovun kursu). Hələ tələbəlik illərində o, Rasim Ocaqovun “Tütək səsi” və Şamil Mahmudbəyovun “Dörd bazar günü” filmlərində çəkilmişdir. Elə həmin zaman Milli Akademik Dram Teatrına S.Vurğunun “İnsan” tamaşasında Tatyana roluna dəvət alır (quruluşçu-rejissor M.Məmmədov).
1975-ci ildə Akademik Milli Dram Teatrının baş rejissoru, Azərbaycanın xalq artisti Tofiq Kazımov M.Ordubadinin “Qılınc və qələm” əsəri əsasında hazırlanan tamaşada Rənanın rolunu Ş.Yusupovaya etibar edir. Aktrisanın uğurlu çıxışı diqqətdən kənar qalmır. Beləliklə, o, Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrının truppasına qəbul edilir.
Ustadcasına fərqli rollara girmək istedadına, emosional gücə və psixoloji dərin ifa etmək qabiliyyətinə malik olan geniş diapazonlu aktrisa Şükufə Yusupova öz yaradıcılıq həyatı boyu həm səhnədə, həm də kinoekranda bir çox unudulmaz qadın obrazları yaratmışdır.

YARAT İncəsənət Mərkəzi (Bayıl rayonu, Dövlət Bayrağı meydanı yaxınlığında).

Giriş sərbəstdir

Əlavə məlumat üçün: 050 256 57 12

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı