ƏSAS SƏHİFƏ

“Yardım Kuboku” turniri təşkil olunub

643

22 noyabr tarixində ADPU İntellektual Oyunlar Klubunun təşkilatçılığı, “Azərbaycan İntellektual Oyunlar Klubu” nun təşkilati dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə xeyriyyə məqsədli “Yardım Kuboku” turniri təşkil olunmuşdur. Dialoq.info-ya verilən məlumata görə yarışda Universitetin bütün fakültələrini təmsil edən 40 komanda iştirak etmişdir.Yarış 2 mərhələdən ibarət olmaqla hər mərhələdə 12 sual səsləndi. 2-ci mərhələyə ilk mərhələnin nəticələrinə əsasən 18 pillədə qərarlaşan komandalar vəsiqə qazandı.2-ci mərhələnin sonunda bir neçə komandanın xalı bərabər olduğundan qalibləri müəyyənləşdirmək üçün əlavə suallar səsləndirildi.Əlavə sualların nəticəsinə əsasən Pedaqogika və Psixologiya fakültəsini təmsil edən “Hürriyyət” komandası yarışmanın qalibi oldu.Coğrafiya fakültəsinin “Caspian” komandası yarışmanın 2-si oldu. 3-cü pilləni isə Filologiya fakültəsinin “Space Travel of Logic(STL)” komandası qazandı. Qalib komandalar diplom və medallarla, 1-ci yerin qalibləri isə yarışın baş mükafatı olan “Yardım Kuboku” ilə mükafatlandırıldılar. Bir daha qalib komandaları təbrik edir, qarşıdakı yarışlarda daha böyük uğurlar arzu edirik.
Əlavə məlumat üçün qeyd edək ki,”Yardım Kuboku” turniri vasitəsi ilə  xeyriyyə məbləği toplanmışdır.

10374503_210165115836434_5873444976585324133_n 10805777_210164165836529_749782415546838183_n 1549383_210164522503160_3902068085022918322_n 10798_210164029169876_5863334092857401371_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı