MƏDƏNİYYƏT

“Yaşam Koç”undan daha bir töhfə…

124

İctimai sektorda aktiv fəaliyyət göstərən, “Sağlam qidalanma və düzgünhəyat tərzi” üzrə mütəxəssis, “Yaşam Koç”u Məhsəti Hüseynova son günlərdə özşəxsi sosial hesabında paylaşdığı video ilə hər kəsi təəccübləndirdi. Türkmüğənnisi Sılanın “ Yabancı” mahnısına müraciət edən Məhsəti məlahətli səsi iləbu dəfə də diqqət mərkəzində olmağı bacardı.

Qeyd edək ki, özəl şirkətdə qanunvericilik sahəsində çalışmasına baxmayaraq, fərqli sahələrdə bir neçə universiteti bitirib və hər bir sahədə uğurlu layihələrlə yadda qalmışdır. Bundan başqa Azərbaycan dilində ilk dəfə “Qida təhlükəsizliyi və Geni dəyişdirilmiş orqanizmlər” mövzusunda nəşr olunan “Qida təhlükəsizliyi və İnsanı məhvə aparan genetik silah –GDO”  adlı 2 hissəli kitabın həmmüəllifidir. Hal-hazırda musiqi üzərində özünü sınayırmı, yoxsa “Şou-biznes”ə qatılacaqmı bilmirik. Musiqi haqqında fikirlərinizi bilmək üçün videonu sizlərlə paylaşırıq və Məhsəti Hüseynovaya da uğurlarının davamlı olmasını arzu edirik.


https://www.youtube.com/watch?v=zh0XeKlVNOw


Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı