ƏSAS SƏHİFƏ

“Yaşıl İdarəetmə” layihəsi

856

Əziz gənclər! Sizi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Dövlət İdarəçilik Akademiyası TGT-nin təşkilati dəstəyi ilə 17-18 aprel tarixləri arasında keçiriləcək “Yaşıl İdarəetmə” layihəsində iştirak etməyə dəvət edirik!
Layihənin keçirilməsində məqsəd idarəetmədə ekoloji faktorların əldə olunan uğurlarda nə dərəcədə nəzərə alındığının müzakirəsi, problemlərin müəyyən olunması və inkişaf istiqamətlərinin təyin olunmasından ibarətdir.
Layihədən əsas gözlənti idarəetmədə yaşıl düşüncənin mühüm olduğunu diqqətə çatdırmaq, bu sahədə əldə olunan uğurları müzakirə etmək və nəticədə strateji qərarların qəbulunda mühüm rol oynamaqdır
Layihəyə 18-29 yaş arası, ekoloji vəziyyətin bərpasında yaxından iştirak etmək istəyən hər bir şəxs qoşula bilər.
Layihə çərçivəsində ağacəkmə kampaniyası keçiriləcək və sonda iştirakçılar sertifikatla təltif olunacaqdır.
Əziz dostlar, layihədə iştirakçı sayı məhduddur. Bunun üçün vaxt itirmədən elektron müraciət formasını doldurmaqla həm öyrənin, həm də qazanın.
Layihədə iştirak tamamilə ÖDƏNİŞSİZDİR!
Hər kəsə uğurlar arzulayırıq!

Elektron müraciət forması:
http://goo.gl/forms/rjfvc9iM6H

Son müraciət tarixi: 13 aprel 2015-ci il

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı