DÜNYA 2020.11.07 16:15

Yaxınları Trampa məğlubiyyətə hazır olmağı məsləhət görür

31

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın yaxınları ona prezident seçkilərində məğlub olmasını qəbul etməyi məsləhət görüb. Azvision.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Son iki gündə Trampın müşavirləri onunla seçkilərdə məğlub olma perspektivini və belə vəziyyətdə necə davranmalı olduğunu müzakirə ediblər.

Nəşr yazır ki, Trampın ətrafındakılardan bəziləri onun demokrat Cozef Baydenin prezident seçkilərində qalib elan ediləcəyi təqdirdə hakimiyyətin dinc keçidini təmin edəcəyi ilə bağlı açıq bəyanat verməsinin tərəfdarıdır.

Qeyd edilib ki, Tramp məğlub olarsa, ənənəvi formatda çıxış edərək məğlubiyyətini qəbul etməyəcək. Nəşrin mənbələrindən biri belə bir çıxışın hazırlanmasının müzakirə olunmadığını iddia edib.

Bundan əlavə, Trampın seçici səslərinin oğurlanması barədə yeni iddialar irəli sürəcəyi bildirilir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabın 3-də keçirilib. Seçkilərin yekun nəticələri açıqlanmasa da, hazırda demokrat Bayden irəlidədir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı