ƏSAS SƏHİFƏ

Yay təcrübə proqramı

1.3K

Yay təcrübə proqramı

Şirkət haqqında

NORM MMC Sement Zavodunun inşasını artıq bitirmişdir. Zavod Bakının iqtisadi cəhətdən strateji əhəmiyyətli  zonalarından olan Qaradağ ərazisində yerləşir.
Zavodun istehsal həcminin gündə 5000 ton klinker və ildə 2,000,000 ton sement olması ona Şimali Qafqaz və Xəzər Regionunda əhəmiyyətli yer tutmasına şərait yaradır
NORM MMC 2015-ci il üçün yay təcrübə proqramını elan edir. Bizim proqram sizə öyrəndiklərinizi tətbiq etməyə, biliklərinizi artırmağa, iş yerində dəyərli təcrübə qazanmaq imkanı yaradır.

Kimlər müraciət edə bilər:

Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsini 2014-cü ildə bitirən və ya hal-hazırda sonuncu kursda təhsil alan şəxslər qatıla bilərlər:
• Mexanika mühəndisliyi
• Sənaye mühəndisliyi
• Kimya mühəndisliyi
• Elektrik və avtomatlaşdırma mühəndisliyi
• Satış və marketinq
• Maliyyə

Şərtlər:

• Iş qrafiki: standart 5 günlük
• Müddət: 2 ay
• Təcrübəçilər nahar və nəqliyyat xidməti ilə təmin olunacaqlar

Tələblər:

• Təşkilatçılıq, vaxtın idarə edilməsi bacarıqları
• Problem həll etmə və detallara fikir vermək bacarıqları
• Müxtəlif insanlarla ünsiyyət qurma bacarığı
• Öyrənməyə həvəsli
• Komputerdən istifadə bacarıqları

Müraciətlər

Müraciətlərinizi 15 iyul 2015-ci il tarixinədək CV-lərinizi [email protected] email ünvanına mövu hissəsində “İnternship” qeyd edərək göndərməyinizi xahiş edirik. Mövzu hissəsi boş olan müraciətlərə baxılmayacaqdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı