“NATAVAN GALLERY”, gənc rəssam Aysel Abdullazadənin “Yaz dirçəlişi” adlı kvilling sərgisini sizə təqdim edir. Sərgi aprelin 13-dən 19-a kimi davam edəcək.
Kvilling – rəngli kağız zolaqlarından müxtəlif rəsm əsərləri, heykəllərin yaradılması ilə məşğul olan bir incəsənət növüdür. “Yaz dirçəlişi” sərgisində Ayselin yaza gülümsəyərək oyanan rəngarəng “kağız dünyası” ilə tanış ola biləcəksiniz.
13-19 aprel
Məkan: (Asəf Zeynallı 6/8)
Açılış saat (19:00)
Əlaqə nömrələri: 012 4921189
