İDMAN 2020.11.21 21:20

Yeddiqat dünya çempionu məşhur saat şirkətinə uduzdu

44

Avropa Apellyasiya Məhkəməsi “Formula 1” pilotu Lüis Hemiltonun ABŞ-ın “Hamilton” saat şirkəti ilə bağlı iddiasını rədd edib. “Report” “racefans.net” saytına istinadən xəbər verir ki, təqdim olunan arqumentlərin əsassız olduğunu nəzərə alan apellyasiya heyəti firmanın 7 qat dünya çempionunun ad və soyadından istifadə etmədiyinə dair qərar çıxarıb. Bunun sadəcə, ticarət nişanı olduğu və adın ingilisdilli ölkələrdə kifayət qədər geniş yayıldığı bildirilib. “Hamilton” şirkəti məhkəmədə 1892-ci ildən bəri bu ad altında saatlar istehsal etdiyini sübuta yetirib. Qeyd edək ki, Lüis Hemilton daha əvvəl 2017-ci ildə saat brendini məhkəməyə verib. 3 il davam etmiş proses britaniyalı pilotun məğlubiyyəti ilə başa çatıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı