MEDİA VƏ QHT 2020.05.02 14:00

Yeni Baş prokurora QHT sektorundan – Reaksiya

42

Ölkə başçısının “heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir” sözləri ölkədə yaradılan siyasi şəffaflıqdan xəbər verir.

Bu sözləri Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə Kamran Əliyevi təyin etməsi haqda danışarkən deyib. O qeyd edib ki, belə bir qərarın verilməsi təqdirəlayiq haldır:

“Ümumilikdə deyə bilərəm ki, Prezident İlham Əliyevin ölkədə apardığı kadr islahatları getdikcə güclənir. Bu, çox müsbət və təqdirəlayiq haldır. Çünki ölkədə siyasi şəffaflığın yaradılması sabitliyin də başlıca göstəricisidir. Qeyd edim ki, ölkə başçısının apardığı siyasi-iqtisadi islahatlar müstəqillik dövründən bu günə qədər aparılan ən irimiqyaslı prosesdir”.

N.Cəfəroğlu qeyd edib ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyini olduqca yerində olan qərardır:

“Çünki o, kifayət qədər tanınan və demokratik ruhlu bir şəxsdir. Xüsusilə də ölkədə korrupsiya halları ilə mübarizədə mütəsna xidmətləri olmuşdur. Kamran Əliyev işini bilən peşəkardır. Biz bundan öncə də onunla bir yerdə dəfələrlə işləmişik və bir çoxlarının əksinə, o, məsələlərə daha şəffaf yanaşır. Bizim bundan öncə də dəfələrlə müraciətlərimizə hər zaman baxıb və qiymətləndirib. İnanıram ki, onun təyinatından sonra ciddi prosesləri müşahidə edəcəyik”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı