MEDİA VƏ QHT 2020.05.21 16:45

Yeni kanal açılır: harada və necə yayımlanacaq?

72

Xəbər verdiyimiz kimi, Azərbaycanda yeni internet televiziyası – LAF TV yayıma başlayacaq. Bu televiziyanın rəhbəri isə iki xanım jurnalist – Afət Telmanqızı və Ləman Ələşrəfqızıdır.

Afət Telmanqızı müsahibəsində LAF TV ilə bağlı bəzi suallara aydınlıq gətirib:

– Afət xanım, kanalın internet televiziyası olacağını dediniz. Hansısa saytda, yoxsa Feysbuk, Yutub üzərindən yayımlanacaq?

– LAF TV həm Yutub, həm də Feysbuk üzərindən yayımlanacaq. İlk efirimiz isə 28 Mayda Respublika günündə olacaq.

– Verilişləriniz canlı olacaq?

– Bəli. İlk efir günümüzdə bayramla əlaqədar xüsusi buraxılışımız olacaq. Cümhuriyyət qurucularına aid reportajlar təqdim edəcəyik. Studiyaya müsahiblər dəvət olunacaq.

– Yutub kanalınız əvvəlcədən var, ya sıfırdan başlayacaqsınız? Bildiyiniz kimi, Yutubda izləyici toplamaq bir az vaxt aparan məsələdir.

– Hazır kanalla başlamaqla kimi aldadırıq? Özümüzə və dostlarımıza güvənərək, abunəçi toplayacağımıza inanırıq.

– Hansı günlərdə efirdə olacaqsınız?

– Həftənin 5 günü yayımda olacağıq. Amma fors-major hal baş verərsə, o zaman şənbə-bazar günləri də efirdə olacağıq.

– Tanınmış simalarla əməkdaşlıq edəcəksinizmi?

– Artıq bizimlə əməkdaşlıq etmək üçün xeyli insan müraciət edib. Gələcəkdə tanınan simalarla da çalışacağıq. Hələlik isə mən və Ləman işləyəcəyik.

– Əvvəlki layihələrinizi bu kanalda da davam etdirəcəksinizmi?

– Maraqlı layihələrimiz olacaq – müsahibə janrında. Gələcəkdə isə müxtəlif sahədə maarifləndirici verilişlər də nəzərdə tutmuşuq. TV-mizdə sənədli filmlər də hazırlayacağıq.

– “Ülgüc xəbər” adlı gündəlik xəbərlər olacağını bildirmişdiniz. Bu proqram hansı formatda olacaq?

– Televiziyamızda “Ülgüc xəbər”imiz prioritet olacaq. Sosial problemlərlə bağlı vətəndaşların şikayətini, problemini işıqlandıracağıq. “Qaynar xətt”imiz ( 07039411) də var. Vətəndaşlar problemlərini özləri çəkib göndərə biləcəklər.

axar.az

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı