ƏSAS SƏHİFƏ

Yeni metro qatarlarının nə vaxt istifadəyə veriləcəyi açıqlandı

491

“Alstom” şirkəti Bakı metrosu sisteminin vaqonları üçün iki yeni qatar seksiyasının dinamik sınaqlarına başlayıb.

Mayın sonunadək Bakı Metropoliteninin istifadə edilən xətlərinin birində 3 yeni qatar istismara veriləcək

Məlumata görə, şirkət ümumilikdə hər biri 5 vaqondan ibarət 3 qatar tədarük edəcək.

Metrounun yeni vaqonları “Metrovaqonmaş” şirkəti tərəfindən 81−760Б/761B/763B modeli əsasında layihələndirilib.

Azərbaycanda ilk dəfə olaraq metro qatarları vaqonlararası keçidə malikdir. Qatarın salonunda işıq-diod işıqlandırma təşkil edilib ki, bu da elektrik enerjisinə qənaət etməyə imkan verəcək. Vaqonlararası keçid sayəsində qatarın sərnişin tutumu 1047 nəfərədək artırılıb. Qatarda 202 erqonomik oturacaq nəzərdə tutulub.

Yeni qatar seksiyalarının baş vaqonu məhdud imkanlı şəxslərin təhlükəsiz gedişini təmin edən qurğu ilə təchiz edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı