CƏMİYYƏT 2021.01.24 19:20

Yeni müharibə alovu qızışır – Ermənistan qisas almaq istəyir

64

Ermənistanda bir sıra dairələr, xüsusən də daşnaklar, radikallar, diaspor təmsilçiləri, kilsəyə bağlı qruplar Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmaq istəmirlər. Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. Onun sözlərinə görə radikal erməni siyasətçilərinin və ictimai xadimlərinin yenidən müharibəyə hazırlaşmaq çağırışları, Ermənistanın yeni silahlar alaraq ordunu gücləndirmək cəhdləri və Azərbaycana qarşı təhdid bəyanatları, gizli şəkildə Xankəndinə edilən səfərlər bunu söyləməyə əsas verir.

Mübariz Göyüşlü hesab edir ki, bu çağırışlar Ermənistan üçün və erməni xalqı üçün böyük təhlküədir: “Düzdür bu fəaliyyətlər bizlər üçün də təhlükədir. Belə radikal qrupların davranışları bölgədə yeni müharibə alovunu qızışdıra və itkilərlə nəticələnə bilər. Amma mən əminəm ki, Ermənistanın itkisi, istər insan, istər texnika baxımından daha çox olacaq. Ali baş komandan İlham Əliyevin də dediyi kimi bu dəfə dəmir yumruq onların başını daha da möhkəm əzəcək. Hətta Ermənistan növbəti bir hərbi avantüraya baş qoşsa ərazisini də itirə bilər. Onsuz da o ərazilər qədim Azərbaycan torpağıdır və Ermənistan Qarabağa hücum etsə nəinki layiqli cavaını alacaq, hətta biz öz qədim torpaqlarımız olan Zəngəzuru, Göyçəni də geri alacağıq”.

Mübariz Göyüşlü erməniləri avantürist davranışlardan çəkinməyə çağırıb. Siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə ermənilərin bircə yolu var. Bu da Azərbaycanın ərazi bütövlüyünü tanımaq, Azərbaycanla davranışlarda diqqətli olmaq, ağılsız addımlar atmamaqdır: “Ermənilər 30 il əvvəlki nəticələri unutmalıdır. İndi nə Azərbaycan əvvəlkidir, nə də Rusiya Ermənistana o dəstəyi verə bilməyəcək. Hazırkı reallıq belədir: Güclü Azərbaycan və müttəfiqi olan dünya dövləti Türkiyə ilə bölgədə durumu diktə edirlər. Bununla Ermənistan da, Rusiya da hesablaşmaq zorundadırlar”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı