ƏSAS SƏHİFƏ

“YER GÜNÜ – 365 GÜN” Ekoloji tur

1.1K

Dəyərli Təbiət Dostları! Sizi bizimlə birlikdə təbiət qoynunda rəngarəng və öyrədici Ekoloji Tura dəvət edirik!

Hər il 22 aprel dünyada – “Yer Günü” kimi qeyd olunur. Bu münasibətlə “26 APREL” Botanika Bağında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi, ATGTİ-nin Ekologiya işçi qrupu və “Y-Peer Azerbaijan” ilə birlikdə “YER GÜNÜ – 365 GÜN !” adlı maarifləndirici tur keçiriləcək.

Turun əsas məqsədi Yer Kürəsinin qlobal problemlərinə diqqət çəkmək, bu mövzuda maarifləndirmə aparmaq və gəncləri, eləcə də bütün təbiətsevərləri Ətraf Mühitə qarşı daha diqqətli olmağa səsləməkdir.

PROQRAM:
1) 10:30 – Botanika bağında görüş !
2) Botanika Bağı ilə tanışlıq !
3) Seminar !
– WWF Azərbaycan Nümayəndəliyinin Əməkdaşları / Elşad Əsgərov, Sevinc Saruxanova. Könül Əhmədova/
4) İstirahət və təbiət qoynunda günorta yeməyi !
– Tura daxildir. (Yalnız qeydiyyatdan keçib iştiraklarını təsdiq edənlər üçün)
5) Təqdimat tipli aksiya !

(Ümumi turda iştirak üçün bu aksiyaya qoşulmaq vacib deyil, aksiyada 20 nəfər könüllü iştirak edə bilər.)

  • Öz “Yaşıl dostlarını” (dibçək bitkini) və “Kiçik ev dostlarını” (ev heyvanı) TANIT !!! – adlı aksiyaya qoşulmaq üçün şərtlər aşağıdakılardır:
    QEYD 1: Ən yaxşı təqdim edən 2 iştirakçını hədiyyə gözləyir !
    QEYD 2: Bu aksiyaya müraciət edənlər arasından 20 nəfər (10 bitki və 10 heyvan gətirən) seçiləcək. Yazdığınız məlumatın dəqiq və dolğunluğundan asılı olaraq aksiyada iştirak edə biləcəksiniz.
  • Sevdiyiniz dibçək gülünüz və sevimli ev heyvanınız haqqında məlumat toplamalı,
  • Daşınması çətin olmayan dibçək bitkinizi və ev heyvanınızı ÖZÜNÜZLƏ GƏTİRMƏLİ,
  • ÖZÜNÜZLƏ GƏTİRƏCƏYİNİZ Dibçək Gülü və ya Heyvan haqqında daha ətraflı məlumat toplamaq və onu yazılı formada Qeydiyyat formuna əlavə etməli,
  • Aksiya ərzində dibçəyinizi və heyvanınızı tanıtmalı, önəmli xüsusiyyətləri haqqında məlumatları sizə verilən 3-8 dəqiqə ərzində bölüşməlisiniz.
    6) Energiser games
    7) Teatr əsaslı təlim və ” Think Green” adlı Ekoloji teatr !
  • İştirakçılara sosial teatrın hazırlanması, nümayişi, strukturu və s. haqqında qısa təlim keçiriləcək. ( Y-Peer Azerbaijan təşkilatçılığı ilə )
  • İştirakçılar 5 komandaya bölünəcək və müxtəlif ekoloji mövzularda təlimçilərin köməyi ilə ekoloji səhnəciklər hazırlayacaqlar. Sonda iştirakçılar komandalar şəklində öz teatrlarını nümayiş edəcəklər.
    8) 17:30 – Tur sona çatır !

QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN LİNK : (Formu dəqiq iştirak edəcəyiniz təqdirdə diqqətlə və dolğun şəkildə doldurun. Yalnız seçilmiş iştirakçılara turdan 1 gün öncə seçilmələri barəsində və turla bağlı ətraflı məlumat veriləcək. http://goo.gl/yrYbeB

Qeydiyyatdan keçməyə tələsin ! Vaxtın az olmasını nəzərə alaraq, seçmələrdə qeydiyyat blankını daha tez və dolğun şəkildə dolduran şəxslərə üstünlük veriləcək.

Son qeydiyyat tarixi: 24 aprel, 2015-ci il, 18.00

” Turda iştirak üçün hər kəs müraciət edə bilər ! Seçilən 40 nəfərdən əlavə, tamaşaçı qismində iştirak etmək istəyənlər saat 10:30-da Botanika bağına gəlib tura qoşula bilərlər !!! ”

ƏLAQƏ NÖMRƏSİ:
0705717559 – Nəzmi
0558015511 – Hüseyn

Tur ərzində iştirakçılara (istəyindən asılı olaraq) qol və üz hissələrinə rəssam tərəfindən xüsusi rəsmlər çəkiləcəyi təklif ediləcək.

Layihədə iştirak edənlər SERTİFİKATLA təltif olunacaqlar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı