BAXIŞ BUCAĞI 2020.03.23 14:06

Yer üzərində olan epidemiyaların xəritəsi

123

Tibbi coğrafiya yer üzərində olan xəstəliklərin xronoloji və bəzən də fəlsəfi incələməsini edir. Hansı ki, xəstəliklərin yayılmasının səbəbi ilə yanaşı, onun yayılma arealı da önəmlidir. Ona görə ki, yayılma arealının incələməsini apararkən, öncədən proqnoz vermək və önləyici tədbirlər aparmaq daha da asanlaşır. Bu zaman tibbi coğrafiyaya daha çox yardımcı olan sahələr siyasi coğrafya və əhali coğrafiyasıdır ki, dünyada olan siyasi vəziyyət və əhalinin populyasiyası xəstəliklərin yayılma səbəbini tapmağa və proqnoz verməyə daha çox yardımçı olur.

Evimizin yerləşdiyi ərazi isti, rütubətli iqlimli bir yer olarsa və orada mütəlif növ məməlilər və quşlar yaşayarsa, həmin bölgədə insan xəstəliklərinə səbəb olan çoxsaylı növ patogenlərin də olması üçün əlverişli şərait yaranır. Şimali Karolina Dövlət Universitetində doktor Rob Dunnın rəhbərliyi ilə insan xəstəliklərinin coğrafiyasını araşdıran beynəlxalq bir bioloq və sosial elm adamları qrupunun yeni bir araşdırması göstərir ki, bir bölgənin iqlimini və ya orada olan quşların və məməlilərin sayını bilməklə xəstəlik yaradan patogenlərin sayını və növlərini təxmin etmək olar. Dunnın dediyinə görə, bir çox şey bölgədəki patogenlərin müxtəlifliyinə təsir göstərə bilər: əhalinin populyasiyası və sıxlığı, insanların orada yaşadığı müddət və ya xəstəliklərə nəzarət xərcləri. Şübhəsiz ki, bunların hər biri müəyyən dərəcədə təsirə malikdir, lakin, ətraf mühit amili üstünlük təşkil edir.

Biz düşünürük ki, təbiətimiz kontrol altındadır, amma, təbiətlə cəmiyyət arasındakı balans müasir dövrümüzdə pozulub və təbiət kontroldan çıxıb. Burada müxtəlif bölgələrdə xəstəliklərin sayı, quşların, məməlilərin və ya həşaratların sayına uyğun müşahidə olunur. Bir bölgədə neçə xəstəlik olduğunu müəyyənləşdirilsə də, onların nə qədər və harda yayıldığı çətin müəyyənləşdirilir. Tədqiqatçılar əlavə olaraq dünyadakı insan patogenlərinin yayılması ilə əlaqəli amilləri araşdırdılar və ən vacib amilin səhiyyə xərcləri, xüsusən də xəstəliklərə nəzarət xərclərinin olduğunu müəyyən ediblər.

Bir tərəfdən də mövcud patogen növlərinin sayını dəyişməkdə o qədər də təsirli deyilik,çünki bu ətraf mühit amili ilə çox əlaqəlidir. Yəni, mülayim iqlim qurşağının təbii şəraitinə uyğunlaşdırılmış patogenlər bu iqlim qurşağının mövcud olduğu ərazidə müxtəlif yollarla çoxalır və yayılır. Üzərində az kontrola sahib olduğumuz iqlim və həyat boşluqları hansı xəstəliklərə rast gəlmək riskimizin olduğunu müəyyənləşdirir. Ancaq digər tərəfdən, xəstəliklərə qarşı mübarizə işlərinə pul xərcləyərək patogenlərin yayılmasını idarə edə bilərik.

Tədqiqatçılar xəstəlik daşıyan orqanizmlərin qlobal paylanmasında iştirak edən amilləri araşdırıb. İqlim və coğrafi müxtəlifliklər, əhali bazası, xəstəliklərə nəzarət bazası, patogenlərin məlumat bazası, insanların tarixi yaşam məlumatları kimi hansı amillərin xəstəliyə daha güclü təsiri olduğunu göstərməyə çalışan statistik modellərə daxil edilmişdir.

Çox sayda müxtəlif quş və məməlilər olan coğrafi bölgələr çox sayda patogenin olması ilə əlaqələndirilir. Ancaq, quş və məməlilərin müxtəlifliyinin azaldılması xəstəlikləri aradan qaldırmayacaq. Təbiətin komponentlərinə təsir göstərməyə çalışsaq, dolayı yolla coğrafi qanunauyğunluğu pozmağa çalışacağıq.

Əksər insanlar çox sayda quş və məməlilərin olduğu mühitdə yaşayır. İnkişaf etmiş bir dövlət olaraq ABŞ-ı göstərmək olar. Malyariya mövcuddur, lakin nadir və nisbətən əhəmiyyətsizdir, çünki xəstəliyin yayılmasını idarə etmək üçün ölkənin tarixi səyləri var.

Hal-hazırda dünya tibb araşdırmaçıları xəstəliklərlə tibbi mübarizə yollarını araşdırmaqla yanaşı, bu sahədə gələcək xərclərin optimallaşdırılması yollarını da təklif etməlidirlər. Xüsusilə, cari xərclərin az olduğu və əhalinin çox olduğu yerlərin, insanların çoxunun əlavə səylərlə xilas olacağı yerlər ola bilər – xüsusən də, ekvator boyunca Hindistan, Pakistan və Şərqi Afrika xalqları. Cari səhiyyə xərcləri olduqca azdır, patogenlərin yayılması olduqca yüksəkdir və bu bölgələrdə əhali sayı çoxdur.

Əgər dünya üzərində ən çox insan itkisinə səbəb olan xəstəliklərin tarixinə, səbəbinə və yayılma arealına nəzər salsaq, yuxarıda qeyd etdiklərimizi müşahidə etmiş olarıq.

İnsan itkisinin sayıYayıldığı əraziTarixVirus
75 000-100 000Yunanıstane.ə 429-426Viral hemorragik qızdırma, qarın yatalağı
5-10 milyonRoma İmperiası165-180-cı illərÇiçək xəstəliyi
2 milyonYaponiya735-737Çiçək xəstəliyi
50-200 milyon, Avropa əhalisinin 10-60 %-iAvropa,Asiya,Şimali Afrika1331-1353Taun
10 000Avropa xüsusi ilə İngiltərə1485-1551Hantavirus (gəmiricilər tərəfindən daşınan və müxtəlif febril hemorragik xəstəliklərə səbəb olan bir virus)
5-8 milyonMeksika1521Çiçək xəstəliyi
20 100İngiltərə1563-1564Taun
280 000İtaliya1629-1631Taun
100 000Fransa1720-1722Taun
2 000 000İran1772Taun
60 000Roma1813Taun
100 000Asia,Avropa1816 – 1828Vəba
100 000Asia,Avropa,Şimali Amerika1829-1851

 

Vəba
1 000 000Rusiya1852-1860Vəba
22 milyonDünya Miqyasında1855 – 1960Bubonik Vəba
1 000 000Dünya Miqyasında1889-1890Qrip
800 000Avropa,Asiya,Afrika1899 – 1923Vəba
4 0 000Çin1910-1912Bubonik Taun
1.5 milyonDünya Miqyasında1915-1926Ensefalit letargisi
100 000 000Dünya Miqyasında1918-1920İspan qripi
2 000 000Dünya Miqyasında1957-1958Qrip A virus H2N2
1 000 000Dünya Miqyasında1968–1969Qrip A virus H3N2

 

32 000 000Dünya Miqyasında1920 – indiyədəkHİV/AİDS
151 700- 575 400Dünya Miqyasında2009H1N1/09 virus
13 068Dünya Miqyasında2019 – davam edirCOVİD-19

Yuxarıdakı cədvəldə daha çox itikilərə səbəb olan xəstəliklərin xronoloji ardıcıllığı qeyd edilib. Cədvəldən də göründüyü kimi, hal-hazırda dünyamız yeni bir xəstəliklə mübarizə aparır. COVİD-19 virusunun da yayılma arealı digər dünya miqyasında təhlükəli olan viruslarla eynidir və araşdırmanın əvvəlində qeyd etdiyimiz səbəblərdən qaynaqlanır.

COVİD-19 virusunun yayılma arealı daha çox eyni xətt üzrə, yəni, eyni iqlim qurşaqlarında daha çox yayılması təsdüfdürmü? Bu virusun yayılması ilə bağlı fərziyələrin müxtəlif olduğu hər kəsə bəllidir. Hər kəsin bu virusun yayılmasına öz baxış bucağı var.

Bu bioloji müharibədir və ya siyasi oyundur.
2. Bu təsadüfdən yaranan xəstəlikdir
3. Demoqrafik siyasətin bir parçasıdır və s.

Dünya əhalisinin artım tempini nəzərə alsaq son baş verən hadisələr və COVİD-19 virusu yuxarıda qeyd etdiklərimizdən 3-cünə təsadüf edə bilər və ya dünya əhalisinin yüksək artım tempi artıq kontroldan çıxıb və tibbi xərclərlə yayılan hər hansı bir xəstəliyin qarşını almaq mümkün olmur, hansı ki, inkişaf etmiş ölkələrin (İEÖ) səhiyyəsi bu virusun qarşısında aciz qalıb. Bəs buna demoqrafik siyasət aspektindən yanaşsaq , son dönəmlərdə baş verən hədisələr və COVİD-19 virusu niyə günümüzə təsadüf etdi? Bunun üçün Maltus Nəzəriyyəsinə nəzər sala bilərik. Maltus XVIII əsrdə yaşamış siyasi iqtisadçı və demoqrafiya ilə məşğul olan tanınmış alimdir. Maltus nəzəriyyəsində bildirir ki, dünya əhalisi həndəsi silsilə ilə, ərzaq isə, ədədi silsilə ilə artır. Bu da müəyyən dövr sonra xüsusi ilə, 70-80 ildən bir müharibələrin, cinayət hadisələrinin və iqtisadi böhranın baş verməsinə, aclıq dövrlərinin başlamasına səbəb ola bilər. II Dünya Müharibəsindən 75 il sonraya təsadüf edən və bəzi tədqiqatçıların və siyasi şəxsiyyətlərin III Dünya Müharibəsinə bərabər tutduqları COVİD-19 virusu Maltus nəzəriyyəsinin “şərtlərinə” uyğun gəlir.

Nəticədə isə, bəşəriyyət sülh içində yaşamadığı sürəcə, təbiətlə cəmiyyət arasında sülh bərpa olunmadığı sürəcə, tarix təkrarlanacaq. Biz bu gün COVİD-19-a qalib gəlsək belə, bizdən sonrakılar başqa bir “bəla” ilə mübarizə aparacaq. Bəşəriyyət bu kimi viruslara və insanlıq əleyhinə olan hadisələrə o zaman qalib gələcək ki, təbiətdən öncə özünə nəzarət etməyi bacarsın.

Eltac Cəbiyev

Email: [email protected]

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı