DÜNYA 2020.11.21 16:15

İrəvanda növbəti etiraz aksiyası başlayıb

30

İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb. Erməni KİV-lərinə istinadən məlumatına görə, aksiyada siyasi xadimlər də iştirak edir. Aksiyada iştirak edən “Daşnaksutyun” partiyasının nümayəndəsi Geqam Manukyan müxalifətin N.Paşinyanın dərhal istefaya getməsini tələb etdiyini deyir: “Bunun əvəzində isə hökumət müəyyən nazirləri dəyişməklə diqqətimizi yayındırmağa çalışır”. Qeyd edək ki, İrəvanda aksiyalar noyabrın 10-dan etibarən davam edir. Son bir neçə gündür ki, etirazçılar şəhərin mərkəzi küçələrini bağlayır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı