ƏSAS SƏHİFƏ

“Yerli Gənc” Proqramının növbəti təlimi Samux rayonunda baş tutub

338

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində növbəti təlim sessiyası həyata keçirilib. “Fərdi İnkişaf Akademiyası” təlimi “Odlar Yurdu” Gənclər İctimai Birliyi ilə birgə Samux rayonunun İnstitut qəsəbəsində 20 gəncin iştirakı ilə baş tutub.

Təlim gənclərin fərdi inkişafları istiqamətində özünə inam kimi vacib vərdişlərin formalaşmasına nail olmaqla onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunub.

Tədbirə ARGTMŞ-ın “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatı ilə start verilib. Təqdimat zamanı iştirakçılara proqramın imkanları, bu imkanlardan faydalanmaq üsulları haqqında məlumat verilib.  Təqdimat başa çatdıqdan sonra təlimə start verilib. Təlim zamanı iştirakçılara fərdi inkişaf, gənclərə motivasiya, kompleksdən azad olmaq, özünə inam mövzuları haqqında məlumat verilib. Daha sonra, gənclər komanda şəklində işçi qruplarda iştirak ediblər. Təlim çərçivəsində iştirakçılar əldə etdikləri biliklər əsasında müzakirələrdə iştirak ediblər. Sonda tədbir iştirakçılarının təltifolunma mərasimi keçirilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bunu nəzərə alaraq, “Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir. Bu günə qədər “Yerli Gənc” Proqramı çərçivəsində təlim sessiyaları Şəki rayonunun Kiş, Lənkəran rayonunun Separadi, İsmayıllı rayonunun Kürdmaşı, Ağdam rayonunun Quzanlı, Quba rayonunun Qımılqışlaq, Sabirabad rayonunun Nərimanabad,  Beyləqan rayonunun Dünyamallar, Bakı şəhərinin Şüvəlan qəsəbəsində 180-dan çox gəncin iştirakı ilə baş tutub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı