ƏSAS SƏHİFƏ

Yerli istehsal sürətlə artır: Balaxanı sənaye parkı bunun bariz nümunıəsidir

114

Ölkəmizdə idxaldan aslılığın azaldılması, ixrac potensialının artırılması, o cümlədən qeyri-neft sektorunun inkişafı və yeni iş yerlərinin yaradılması məqsədi ilə açılan sənyaə parklarında iş sürətlə davam etdirilir. Bir müddət öncə açılışı edilən və 23 milyon manat investisya yatırımı edilən balaxanı sənayə parkında fəaliyyət göstərən müəssələrə isə tələb kifayət qədər yüksəkdir. Buradakı müəssələr hətta məhsullarını ixrac etməyədə hazırlaşırlar.

Tullantılardan alınan plastik məmulatlar, butulkalar, atılmış kağızlardan alınan kağız-karton məhsulları, təkrar emal hesabına əmələ gələn avtomobil yağları və yerli istehsal olan mebel məhsulları və süngərlər.
Əvvəllər idxal edilən bu məhsullar indi ölkəmizdə, dövlətin dəstəyi ilə formalaşdırılan Balaxanı Sənayə Parkında istehsal edilir. Həmdə buradakı məhsullar təkrar emal hesabına hazırlanır.
Burada ərazidə fəaliyyət göstərən süngər tullantılarının təkrar emalı və mebel istehsalı müəssəsində istehsal edilən stullar isə ölkə təlabatını tam ödəməyə qadirdir. 3.5 milyon manat vəsait qoyulan müəssisədə 150 nəfər daimi işlə təmin olunur və müəssisənin illik istehsal gücü 3 min dəst qonaq, yataq, mətbəx mebelləri, 100 min ədəd stul, 10 min masa təşkil edir.
Ərazidə fəaliyyət göstərən digər müəssəsədə isə tullantı kağızlardan çap -poliqrafiya məhsulları hazırlanır.
Burada həmdə işlənmiş mühərrik yağlarının emalı müəssəsidə fəaliyyət göstərirki, bura toplanan yağların 88 % yenidən emal üçün hazırlana bilir. Bu yağlar isə əsasən ağırtonnajlı avtomobillər üçün işlədilə bilər. Balaxanı Sənayə parkının genişləndirilməsi işləri davam etdirilir.

Milli.Az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı