KRİMİNAL 2019.09.10 12:14

“Yetimçiliklə böyümüşəm”- 29 yaşlı Tahirə 9 il cəza kəsildi

73

Bakıda külli miqdarda narkotik satmaqda ittiham edilərək həbs edilən gənc hakim qarşısına çıxarılıb.

Dialoq.info Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitənin satışında və istifadəsində ittiham edilən 1990-cı il təvəllüdlü Tahir Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Tahir Hümbətovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

T.Hümbətovun vəkili müdafiə çıxışında deyib ki, müdafiə etdiyi şəxs narkotik satışında özünü təqsirli bilmir: “Tahir narkotik istifadəçisi olduğunu etiraf edir. O bildirib ki, saxlanılan zaman onun üzərində 450 qram yox, 2 qram heroin olub”.

Son sözündə Tahir Hümbətov da narkotik satışı ilə məşğul olmadığını deyib: “Mən yetimçiliklə böyümüşəm. Xahiş edirəm ki, mənə narkotik istifadəçisi kimi cəza təyin edəsiniz”.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən T.Hümbətov 9 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tahir internat evində böyüyüb. Onun məhkəmə iclaslarına heç bir yaxını gəlməyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı