DÜNYA 2020.11.11 12:58

Yoluxma sürətlə artmağa davam edərsə, çətin vəziyyətlə üzləşə bilərik – Hande Harmancı

19

Hazırda Azərbaycanda səhiyyə sistemi pandemiya ilə mübarizənin öhdəsindən gəlir, lakin rəqəmlər bu sürətlə artmağa davam edərsə, çətin vəziyyətlə üzləşə bilərik.

Bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, Azərbaycandakı hazırkı yoluxma göstəricisinin ölkə əhalisinin sayına görə yüksək olub-olmadığını müəyyənləşdirmək üçün yoluxma hallarının sayında artımın davamlılığı müəyyən müddət müşahidə edilməli və bununla bağlı dəqiq hesablamalar aparılmalıdır.

H.Harmancı əlavə edib ki, ölkə əhalisinin sayına görə yoluxma və ölüm halları hazırda Gürcüstan, Qazaxıstan və İsrail kimi ölkələrlə müqayisədə daha azdır.

ÜST rəsmisi qeyd edib ki, bir xəstəliyin ölkəyə mənfi təsir dərəcəsi virusdan və səhiyyə sisteminin artan tələbatı hansı dərəcədə ödəməsindən asılıdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı