DÜNYA 2020.11.24 01:00

Yoşihide Suqa: Yaponiya ekoloji təmiz sənayenin yaradılması istiqamətində lider olacaq

70

Yaponiya həm iqtisadiyyata, həm də ətraf mühitə fayda verəcək ekoloji təmiz sənayenin yaradılması istiqamətində lider ölkə olmaq niyyətindədir. AZƏRTAC xəbər verir ki, bu barədə G20 liderlərinin onlayn formatda keçirilən samitində çıxış edən Yaponiyanın Baş naziri Yoşihide Suqa deyib. Y.Suqa bildirib ki, Yaponiya 2050-ci ilədək istixana qazları emissiyasının sıfır səviyyəsinə endirilməsini qarşıya məqsəd qoyub. Qeyd edib ki, günəş elementləri, hidrogen enerjisi, karbondioksidin emalı kimi yeni nəsil innovasiyalar ekoloji təmiz cəmiyyətin formalaşması üçün açar rolunu oynayır. Baş nazir, həmçinin inkişaf etməkdə olan ölkələrə texniki və digər dəstəyin göstərilməsinin zəruriliyini də vurğulayıb. Deyib ki, məhz bu yolla dünya okeanının plastiklərlə çirklənməsinin qarşısını 2050-ci ilədək almaq olar. O xatırladıb ki, koronavirus pandemiyası dövründə tibbi və gigiyenik vasitələrdən istifadə nəticəsində yaranan tullantıların həcmi sürətlə artır. G20 liderlərinin qəbul etdiyi bəyanatda gələn il Tokioda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar Yaponiyanın qəti mövqeyi alqışlanır. Qeyd edilir ki, bu, insanlığın yaşamaq uğrunda mübarizəsinin və COVID-19-un dəf olunması üçün dünya birliyinin rəmzi ola bilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı