“YT Park”ın Ekspertlər Şurasının iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkının (“YT Park” ) Ekspertlər Şurasının iclası keçirilib.
Tədbirdə Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, şuranın katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və üzvlər – SOCAR “Neftqazelmitədqiqat layihə” İnstitutunun neft və qaz hasilatı üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Bağır Süleymanov, Satandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin inzibati departamentinin direktoru Emil Məmmədov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, polkovnik Elşən Həşimov və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin Ağır sənaye və maşınqayırma sektorunun müdiri Yaqub Həsənov, eləcə də AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, “YT Park”ın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və digər qonaqlar iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik İbrahim Quliyev görüşün rezidentllik statusu əldə etmək üçün müraciət edən tərəflərlə bağlı məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.
İclasda çıxış edən Vüqar Babayev tərəflərin rezidentlik almaq üçün müraciətlərini qiymətləndirmək məqsədi ilə onların fəaliyyəti haqqında qısa məlumat verib. Rezidentlik statusu almaq istəyən dörd rezidentin iddiaçı olduğunu bildirib.
Görüşdə “Millers-Oils Azerbaijan” MMC, AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu, “Elm və Texnologiya Parkı” MMC və “Agro Bio Eco Tech” MMC-nin müraciətləri ilə əlaqədar səsvermə keçirilib. Müzakirələrdən sonra adıçəkilən iddiaçılara rezident statusu verilməsi qərara alınıb.
Şuranın iclasında rezidentliyə müraciətlə bağlı hüquqi tənzimləmə məsələləri də müzakirə edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here