MEDİA VƏ QHT 2019.08.25 10:58

Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda sonuncu təlim keçirilib

257

“Gələcək” İntellektual İnkişafaYardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyatakeçirdiyi “Aqrar sektora alternativ maliyyə mənbələrinin cəlb edilməsi iləbağlı təlimlərin keçirilməsi”  layihəsi çərçivəsindəZərdab rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında 2-ci günün təlimikeçirib.

Təlimə öz çıxışı ilə başlayan GİİYİB sədri Kazım Məmmədov qeyd etdi ki, kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm, həm də həlledici rol oynamaqdadır. Son illər kənd təsərrüfatı kooperasiyasının inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi mühüm proqramlar aqrar sektorun gələcək inkişaf perspektivlərindən xəbər verir.

Təlim çərçivəsində “AzərbaycanRespublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ciillər üçün Dövlət Proqramı” ətrafında geniş müzakirələr, debatlar oldu. Kənd təsərrüfatıkooperasiyasının inkişafının gələcəkdə, istər məşğulluq baxımından, istər ərzaqtəhlükəsizliyi baxımında geniş imkanlar yaradacağı və alternativ maliyyələşdirməmənbələrinə geniş yol açacağı təlim iştirakçılarının ortaq fikirlərindən idi.

Gəncliyə Dəstək İctimai Birliyininsədri Eldar Xəlilov cəmiyyətin və xüsusən də gəncliyin yenilikçi idealarlaçıxış etməsi və onların fəaliyyətinin stimullaşdırılması baxımından əvəzedilməzrola malik olan alternativ maliyyələşdirmə mənbələri ilə bağlı təlimlərin xüsusənaqrar rayonlar üçün təşkil edilməsi təqdirə layiq addımdır.

Tədbirdə  maraqlı diskussiya, mövzu ilə bağlı maraqlandıran suallar cavablandırıldı, layihənin icrası yollarından  bəhs edən kitabça və bukletlər paylandı. Bütövlükdə tədbir, iştiraçlılar tərəfindən qiymətləndirildi. Sonda təlim iştirakçılarına sertifikatlar verildi. Təlim çay süfrəsi arxasında müzakirələrlə yekunlaşdı.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı