DÜNYA 2020.07.06 16:21

Zərif hesabat verdi: Azərbaycanla əlaqələr…

49

Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrimiz inkişaf edir.

Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif parlamentdə ölkəsinin xarici siyasəti barədə hesabat verərkən deyib.

Nazir bildirib ki, qonşu və dost dövlətlər olan İran və Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələri birgə həyata keçirir. O, bu layihələr sırasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini xüsusilə qeyd edib.

Qeyd edək ki, bu nəqliyyat dəhlizinin formalaşması istiqamətində İran ilə Azərbaycan arasında dəmir yolu xətti salınıb. İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən dəmir yolu ilə bu gün İran idxal-ixrac əməliyyatlarını həyata keçirir. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin davamıdır. Cənub Şərqi Asiya ölkələrindən İranın Çabahar və Bəndər Abbas limanlarına daxil olan yüklər məhz bu yolla Azərbaycandan tranzit keçərək Rusiya və Avropaya daşınacaq. Hələlik yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan tərəfi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini əhəmiyyətli hesab edərək Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhəri arasında dəmir yolu xəttini çəkib.

M.C.Zərif dünya siyasətində ikili standartları tənqid edərək nəzərə çatdırıb ki, bəzi qlobal problemlərə beynəlxalq təşkilatlar ikili standartlardan yanaşırlar ki, bu da həmin problemlərin həllinə mənfi təsir göstərir. O qeyd edib ki, İran Əfqanıstan, Pakistan, eləcə də Rusiya və digər MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini davam etdirir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı