DÜNYA 2020.09.16 10:10

Zelenski Ukraynada peyvənd istehsalı üçün mərkəz yaratmağı tapşırdı

21

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə peyvəndlərin istehsalı məqsədilə mərkəzin yaradılması barədə göstəriş verib. Bu barədə “Report” dövlət başçısının ofisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, Ukrayna prezidenti ölkənin bioloji təhlükəsizlik sisteminin inkişafı məsələləri üzrə müşavirə zamanı ukraynalıların vaksinlərlə təminatı məqsədilə elmi-tədqiqat və istehsal müəssisələri arasında əməkdaşlığın koordinasiyası üzrə mərkəz yaratmağı tapşırıb.

“Bu, gələcəkdə dövlətin peyvəndlərin və immunobioloji preparatların idxalından asılılığının öhdəsindən gəlməyə, həmçinin dövlət üçün bioloji amillərin və biotəhlükənin mənfi təsirinə mane olmağa imkan verəcək”, – xəbərdə qeyd edilir.

Daha əvvəl Zelenski yeni koronavirus vaksininin yaradılmasından sonra Ukraynanın peyvəndin kütləvi istehsalına hazır olduğunu bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı