İDMAN 2020.05.26 02:22

Zlatan İbrahimoviç zədə səbəbindən karyerasını bitirə bilər

59

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç zədələnib.

Koronavirus pandemiyası üzündən klubun düşərgəsində deyil, vətəni İsveçdə hazırlıq keçən hücumçu məşq zamanı xəsarət alıb.

Onun ayağında qopma olduğunu ehtimal edilir. Bu zədə 38 yaşlı veteranın karyerasını bitirməsi ilə nəticələnə bilər. Əgər zədə təsdiqlənsə, Zlatan ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, 2019/20 mövsümünün ikinci yarısında “Milan”a transfer olunan İbrahimoviç 10 oyunda 4 qol vurub.

Apasport.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı